DÇ-2022: Argentina – Xorvatiya oyununun hakimləri bəlli olub

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya milliləri arasında keçiriləcək yarımfinal oyununun təyinatları açıqlanıb.

Interval.Az bildirir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Daniele Orsatoya Çiro Karbone və Alessandro Ciallatini laynsmanlar qismində köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Məhəmməd yerinə yetirəcək.

İtaliyalı Massimiliano İrrati VAR hakimi, həmyerlisi Paolo Valeri isə onun köməkçisi olacaq.

Qeyd edək ki, dekabrın 13-də oynanılacaq Argentina – Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Zamiq Yunisov 

Interval.Az 


Bütün xəbərlər