Bomba yüklü avtomobil partladıldı: ölənlərin sayı 90-a çatdı – YENİLƏNİB

Somalinin paytaxtı Moqadişoda güclü partlayış törədilib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 90 nəfər həlak olub.

Hadisə minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Həlak olanlardan 73 nəfəri dinc sakin, 17 nəfəri polis əməkdaşı, daha 4 nəfəri isə əcnəbi vətəndaş olub.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.

* * *

Moqadişoda güclü partlayış olub.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, Russia Today-ın son dəqiqə xəbərinə görə, bir müddət əvvəl Somalinin paytaxtı Moqadişudakı nəzarət buraxılış məntəqəsində üzərinə bomba quraşdırılmış avtomobil partladılıb.

İlkin məlumata görə, azı 50 nəfər ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bütün xəbərlər