Portuqaliya gimnastları daha bir qızıl medal qazanıb

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında Portuqaliya gimnastları Rita Ferreyra və Ana Teyşeyra qadın cütlüklər arasında balans hərəkətləri proqramında qalib gələrək qızıl medallara layiq görülüb.

Interval.Az bildirir ki, cütlük 28,850 xal toplayıb.

Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ) 27,350 xalla ikinci, Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan) 27,050 xalla üçüncü olub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Interval.Az

Bütün xəbərlər