BMT TŞ fevralın 4-də Şimali Koreya ilə bağlı toplanacaq

BMT Təhlükəsizlik Şurası (TŞ) Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları ilə bağlı məlumatları müzakirə edəcək.

Interval.Az əldə etdiyi məlumata istinadən xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.

Bundan əvvəl məlum olub ki, ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.

Şimali Koreya yanvarın 30-da Yapon dənizinə orta mənzilli ballistik raket atıb.

Interval.Az

Bütün xəbərlər Facebook səhifəmizdə


Bütün xəbərlər