Penitensiar Xidmət İdarəsində rəhbər dəyişikliyi, məhkumların həyatına ciddi şəkildə təsir edir.

13 saylı cəzaçəkmə müəssisəsi.

İnterval.Az xəbər verir ki,    Penitensiar Xidmət İdarəsində rəhbər dəyişikliyi, məhkumların həyatına ciddi şəkildə təsir edir. Yeni rəis Mirsaleh Seyidov vəzifəyə gəldiyi qısa müddət ərzində cəzaçəkmə müəssələrində islahatlar daha sürətlə həyata keçirillir. Məhkumların yaşamı, məşquliyyətləri ilə bağlı xüsusi proqramlar həyata keçirilir və onların islah olunaraq cəmiyyətə layiqli vətəndaş kimi yenidən dönməsi istiqamətində müsbət addımlar atılır.

Ailələrinin yaxınları ilə görüşməsi üçün yaradılan yüksək səviyyəli şərait aparılan islahatların bir qismini təşkil edir. Xüsusi müxbirimiz  Gündüz Əliyev mövcud vəziyyəti araşdırmaq məqsədi ilə 13 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib və daha obyektiv məlumat əldə etmək üçün görüşə gələn məhbus yaxınları ilə söhbət edib. Müəyyən səbəblərdən adlarının çəkilməsini istəməyən məhbus yaxınları bildiriblər ki, son zamanlar baş verən islahatlar çox qabarıq hiss olunmaqdadır. İlk növbədə Görüşün baş nəzarətçisi İlkin Vəliyev  və Görüşün baş çavuşu  Fəridə Zeynalova haqqında razılıq ediblər. Bu əməkdaşlar məhbus yaxınlarına olduqca həssaslıqla yaxınlaşır, öz doğmaları kimi münasibət göstərirlər. İlk dəfə görüşə gələn şəxslərə olduqca səbrlə görüşün qaydaları və gətirilməsi qadağan edilmiş əşyalar haqqında ətraflı məlumat veririlər. Hər bir şəxsə xüsusi qayğı ilə yanaşmaları məhbus yaxınlarında cəzaçəkmə müəssisəsində ümumi atmosferin müsbət olduğuna əminlik yaradır.

Bundan əlavə məhbusların yaxınları bildirib ki, son zamanlar  məhbuslar saxlanma şəraitlərində baş verən müsbət yenilikləri çox razılıqla qarşıllayırlar.

Cəzaçəkmə müəssisəsində xüsusi qabiliyyət sahibi olan məhkumların bacarıqlarından onların öz mənafeləri naminə istifadə edilməsi, məhkumlara həyatın bir parçası düşüncəsini aşılayır.

Eyni zamandan məhkumlar arasında ziyalı insanlara göstərilən hörmət daha çox diqqətə laiqdir.

İslahatlar davam etdiyi üçün yaxın zamanlarda cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə görüşüb tam ətraflı məlumat verəcəyik. Ümimilikdə isə belə qənaətə gəlirəm ki, Mirsaleh Seyidovun rəhbərliyi altında çalışan hər bir penitensiar xidmət əməkdaşları, bundan sonra öz rəhbərlərinin nümunəvi xidmətlərini örnək alıb, ona laiq vəzifələrini yerinə gətirəcəklər.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər