Paytaxtda kurort turizminin inkişafı üçün ərazi ayrılıb

2040-cı ilədək Bakıda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb.

İnterval.Az bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Abşeron yarımadasında Xəzərin şimal və cənub sahillərində müxtəlif xidmət səviyyələrinə cavab verən yerli çimərlik turizmi on illiklər ərzində inkişaf edib. Bu gün Abşerondakı kurortlar müxtəlif kurort təcrübələrini təcəssüm etdirən əhəmiyyətli turistik ərazilərdən birinə çevrilib. Bu kurortlar qonaqlara və turistlərə rahat və sakit istirahət imkanı verən cəlbedici landşaft elementləri, habelə mağazalar, restoranlar, təmiz su, kölgəliklər və s. ilə təmin olunub. Kurortların su əyləncə parkları, tarixi yerlər və abidələr, alış-veriş yerləri (sənətkarlıq məmulatlarının hazırlandığı emalatxanalar) olan kiçik kənd mərkəzlərinə, habelə kafe və restoranlara yaxın olması buranın turizm cəlbediciliyini artırır. Baş planda ətraf mühitin yaxşılaşdırılması tədbirlərinin nəzərdə tutulması ilə su hövzələrinin keyfiyyətinin artırılması və bununla şəhərin çimərlik turizminə müsbət təsirin göstərilməsi planlaşdırılır.

“Bundan əlavə, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlik ərazilərindən Bakının digər əhəmiyyətli turistik məkanlarına fərdi ekskursiyaların təşkil edilməsinə imkan verəcək”, – sənəddə deyilir.

Ayan Zamiqqızı

İnterval.Az 


Bütün xəbərlər