NATO 4 ölkədə əlavə döyüş qrupları yerləşdirməyi müzakirə edir

 

NATO 4 ölkədə əlavə 4 döyüş qrupunun yerləşdirilməsini təsdiqləyəcək.

Interval.Az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culi Smit bildirib. O, həmin qrupların “yalnız milli qüvvələr” olmadığını, əlavə detalların sabah açıqlanacağını qeyd edib.

Atlantik Şurasında çıxış edən Smit vurğulayıb ki, Şərq cəbhəsində NATO qüvvələrinin orta və uzun müddətli mövcudluğu ilə bağlı müzakirələr aparılır: “Daimi mövcudluq da daxil olmaqla, bütün versiyalar masa üzərindədir”- deyə səfir vurğulayıb.

C. Smit Polşanın Ukraynaya NATO sülhməramlılarının göndərilməsi təklifinə də münasibət bildirib. Diplomat deyib ki, bu, qeyri-mümkün olmasa da, açıq suallar çoxdur.

Interval.Az


Bütün xəbərlər