Bakıda ölən tələbə qızlarla bağlı yeni xəbər – Onlardan ikisi…

Ötən gecə Bakı şəhər Səbail rayonu Bayıl qəsəbəsində Şri Lankadan olan tələbə qızların yaşadığı mənzildə baş verən yanğınla bağlı məlumat vermişdik.

Artıq tüstüdən boğularaq ölən 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukinin cənazələrinin ölkələrinə göndərilməsi üçün iş aparılır.

Tələbələrin təhsil aldığı “Western Kaspi” Universitetindən publika.az-a bildirilib ki, ölən tələbələrdən ikisi universitetdə dinləyici kimi dərslərdə iştirak edib. Digər tələbə isə daha əvvəl universitetin dinləyicisi olub. Onların cənazələrinin ölkələrinə göndərilməsi ilə bağlı Şri Lankanın Türkiyədəki səfirliyinə məlumat verilib. Belə ki, bu ölkənin Azərbaycanda səfirliyi yoxdur və Türkiyə səfiri həm də Azərbaycana akreditasiya edilib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bütün xəbərlər