Millimiz Bolqarıstana da uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün ikinci oyununa çıxıb.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Vasif Talıbovun komandası Bolqarıstanla üz-üzə gəlib. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, bolqarların qrupda son oyunu olub. Onlar ilk turda Polşaya 1:3, 2-ci turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Komandamız isə ilk turda Niderlanda 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

9 yanvar

19:00. Bolqarıstan – Azərbaycan – 3:1 (25:23, 25:19, 21:25, 25:21)
Apeldorn (Niderland), “Omnisport” salonu


Bütün xəbərlər