Bakıda çoxmərtəbəli binada yanğın olub – FOTO

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın baş verib.

İnterval.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinindən Milli.Az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).


Bütün xəbərlər