Azərbaycanda zəlzələ oldu

Bu gün Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə – Goranboy rayonunda zəlzələ baş verib.

Interval.AzAz xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.

Interval.Az


Bütün xəbərlər