HADİSƏ “AAAF” parkda mənzildə GÜCLÜ PARTLAYIŞ, yaralılar var – VİDEO – FOTO

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

Interval.Az APA-ya istinadən bildirir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

——–

21:27

Xırdalanda partlayış baş verib.

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “AAAF” parkda yerləşən binadakı mənzillərin birində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib  ki, partlayışla bağlı “112” xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər