“Rusiya və Ukraynadakı proseslərə diqqət yetirdik” – Çavuşoğlu

 

Ukraynadakı hadisələr və dünyanın müxtəlif regionlarında baş verən son proseslər beynəlxalq sistemdə, xüsusən də BMT Təhlükəsizlik Şurasında tez və ciddi islahatların aparılmasının zəruriliyini bir daha vurğuladı. Türkiyə və Yaponiya bu istiqamətdə birgə səylər göstərməyə hazırdır.

Interval.Az  bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada yaponiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu Ankaranın Yaponiyanı çox mühüm tərəfdaş kimi qəbul etdiyini vurğulayıb.

“Türkiyə və Yaponiyanın beynəlxalq platformalarda mövqeləri yaxındır. Ölkələrimiz birgə işləyir. Bir daha demək istəyirəm ki, Ankara Yaponiyanın 2023-2024-cü illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləyir. Biz həmçinin Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı fikir mübadiləsi apardıq, Rusiya və Ukraynadakı proseslərə diqqət yetirdik. Mən yaponiyalı həmkarımı Ukraynadakı son vəziyyətlə bağlı məlumatlandırdım və öz qiymətləndirmələrimi bölüşdüm. Bundan əlavə, Türkiyənin vasitəçilik səyləri və mövcud vəziyyətlə bağlı məlumat verdim”, – deyə M.Çavuşoğlu əlavə edib.

Interval.Az


Bütün xəbərlər