Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi bir cinayətdir

  • İnterval.Az-a açıqlamasında İnterval.Azn baş  redaktoru  və Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə Heyəti Sədrinin müavini Zamiq Yunisov  bildirib
  • “Bütövlükdə Azərbaycan xalqına qarşı
    yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
    qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
    tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
    zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
    Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
  • Ayan Zamiqqızı
  • İnterval.Az    
  • Məqaləyə dair foto  materiallar:


Bütün xəbərlər