AMEA-nın strukturuna dəyişikliklər ediləcək

AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub.

Bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov jurnalistlərə açıqlamasında bildirib.

Arif Həşimovun sözlərinə görə, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir: “AMEA da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir. Bununla bağlı uyğunsuzluqlar var. Amma bu, o demək deyil ki, şöbə və bölmələr ləğv olunmalıdır. Bəzi institutlarda texniki işçilərin sayı çox olmalıdır”.

Akademik onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəz olunmalıdır. Belə ki, istər akademiyada, istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr aparılmalıdır.

Interval.Az


Bütün xəbərlər