Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

İnterval.Az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.


Bütün xəbərlər