Zelenski Baydenlə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Interval.Az xəbər verir ki, bu barədə V.Zelenski xalqa müraciətində bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı Ukrayna prezidenti amerikalı həmkarına ötən cümə günü elan olunmuş sonuncu müdafiə yardımı paketinə görə təşəkkür edib.

“Biz ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi köməyi də yüksək qiymətləndiririk”, – deyə V.Zelenski əlavə edib.

Zamiq Yunisov 

Interval.Az


Bütün xəbərlər