Kişi kişidən xəbər gətirməz…

Böyük sənətkarımız Həsənağa Turabov  “Azdrama”nın direktoru olanda gəlib ona deyirlərki, Yaşar Nuri teatra içkili gəlib. H.Turabov inanmayıb, aparıb göstəriblər.

 

Y.Nuri həqiqətən də içkili olub. Qəsdən sakitcə cavab veribki,  “o içkili deyil, yorğundur”. Xəbəri gətirən adam H.Turabovdan əl çəkməyib və elə ordaca başlayıb Y.Nuri haqqında başqa xəbərlərdə verməyə, çalışıbki, onu işdən qovdursun.

Bunu görən H.Turabov xəbər gətirən həmin aktyoru (həmin aktyor sağdır) işdən qovaraq deyib:

“Kişi kişidən xəbər gətirməz, onu ailəsini çörəklə sınağa çəkməz. Mən dost olduğumla sonadək dost, düşmən olduğumla isə sonadək düşmənəm. Sənsə kişi deyilsən, nə dost, nə də düşmən olmağa layiqsən. Gərək düşmənində kişi olsun”.


Bütün xəbərlər