Qazaxıstanda qəzaya uğramış təyyarə ilə bağlı TƏFƏRRÜAT

Qazaxıstanda qəzaya uğramış “Bek Air” aviaşirkətinin təyyarəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə 1996-cı ildə istehsal olunub.

Qazaxıstanın baş nazir müavini Roman Sklyar bildirib ki, həmin təyyarə Qazaxıstanda 2016-cı ilin avqustunda qeydiyyata alınıb.

Onun sözlərinə görə, təyyarənin qara qutusu aşkar edilib. Hazırda bununla bağlı araşdırma aparılır.

Qəza nəticəsində həlak olanların kimliyi də bəlli olub. Ölənlər arasında “Informburo.kz” xəbər agentliyinin redaktoru Dana Kruqlova və Qazaxıstan Generallar Şurasının sədri Rustem Kaydarov da var.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.


Bütün xəbərlər