Azərbaycan ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri

Interval.Az bildirir ki,    Azərbaycan ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri

1. Pənahəli xan (1693-1763), Qarabağ xanlığının banisi
2. İbrahimxəlil xan (1732-1806), Qarabağ xanı
3. Molla Pəhah Vaqif (1717-1797), Azərbaycan şairi
4. Qasım bəy Zakir (1784-1857), Azərbaycan şairi
5. Xurşidbanu Natəvan (1832-1897), Azərbaycan şairəsi
6. Mir Möhsün Nəvvab (1833-1918), XIX əsrdə Azərbaycanın görkəmli ensiklopedist alimi – tarixçi, astronom, şair, rəssam, xəttat və musiqişünas
7. Cəfərqulu xan Cavanşir (1785-1867), XIX əsrdə Azərbaycanın şair və ictimai xadimi, general-mayor.
8. Hacı Hüsü (1839-1898), Azərbaycan muğam xanəndəsi
9. Əbdülbaği Zülalov (Bülbülcan) (1841-1927), Azərbaycan muğam xanəndəsi
10. Mirzə Ələsgər Növrəs (1836-1912), Azərbaycan şairi
11. Fatma xanım Kəminə (1841-1898), Azərbaycan şairəsi
12. Mirzə Sadıq (Sadıqcan) (1846-1902), Azərbaycan tarzəni və tarı təkmilləşdirən sənətkar
13. Kərbəlayı Səfixan Qarabaği (1817 -1910), XIX əsrdə Azərbaycanın görkəmli memarı
14. Həsənəli xan Qaradaği (1848-1929), Azərbaycan maarifpərvəri, şair, pedaqoq və ədəbiyyatşünas
15. Nəcəf bəy Vəzirov (1854-1926), Azərbaycan yazıçı və dramaturq
16. Mehdiqulu xan Vəfa (1855-1900), Azərbaycan hərbçisi
17. Səfərəli bəy Vəlibəyov (1856-1902), Azərbaycanın görkəmli, maarif xadimi
18. Həmidə xanım Cavanşir (1873-1955), Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, tərcüməçi
19. Kərim bəy Mehmandarov (1854-1929), Azərbaycan həkimi
20. Səməd bəy Mehmandarov (1856-1931), general, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri
21. Cabbar Qaryağdıoğlu (1861-1944), Azərbaycan muğam xanəndəsi
22. Qurban Pirimov (1880-1965), Azərbaycan tarzəni
23. Məşədi Məmməd Fərzəliyev (1872-1962), Azərbaycan muğam xanəndəsi
24. Firidun bəy Köçərli (1863-1920), Azərbaycan maarifçisi
25. Haşım bəy Vəzirov (1867-1916), Azərbaycan pedaqoqu
26. Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Azərbaycan yazıçısı
27. Süleyman Sani Axundov (1875-1939), Azərbaycan dramaturqu
28. Məcid Behbudov (1873-1945), Azərbaycan muğam xanəndəsi
29. Hacı Hüsü (1830-1898), Azərbaycan muğam xanəndəsi
30. Məşədi Zeynal (1851-1918), Azərbaycan muğam xanəndəsi
31. Məşədi Cəmil Əmirov (1875-1928), Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi.
32. İslam Abdullayev (1876-1964), Azərbaycan muğam xanəndəsi
33. Keçəçioğlu Məhəmməd (1864-1940), Azərbaycan muğam xanəndəsi
34. Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872 -1920), Azərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi.
35. Həbib xan Şəkinski (1880-1956), Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi
36. Zülfüqar Hacıbəyov (1884-1950), Azərbaycan bəstəkarı
37. Üzeyir bəy Hacıbəyov (1885-1948), Azərbaycan opera musiqisinin banisi, pedaqoq, publisist və ictimai-siyasi xadim
38. Əhməd bəy Ağaoğlu (1869-1939), Azərbaycanın ictimai-siyasi xadimi, publisisit
39. Yusif Vəzir Çəmənzəminli (1887-1943), Azərbaycan dövlət xadimi və yazıçı
40. Nəriman bəy Nərimanbəyli (1889-1937), Azərbaycan dövlət xadimi
41. Ceyhun bəy Hacıbəyli (1891-1962), Azərbaycan yazıçısı, ictimai xadim
42. Bədəl bəy Bədəlbəyli (1875-1932), Azərbaycan ictimai- xadimi, pedaqoq
43. Əhməd Ağdamski (1884-1954), Azərbaycan opera müğənnisi
44. Xan Şuşinski (1901-1979), Azərbaycan muğam xanəndəsi
45. Seyid Şuşinski (1889-1965), Azərbaycan muğam xanəndəsi
46. Zülfü Adıgözəlov (1898-1963), Azərbaycan xanəndəsi
47. Sürəyya Ağaoğlu (1903-1989), Türkiyənin ilk qadın vəkili
48. Aliyə Rüstəmbəyova (1907-1942), Sovet İttifaqı Qəhrəmanı qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim.
49. Aslan Qaraşarov (1919-1943), Sovet İttifaqı Qəhrəmanı
50. Lətif Kərimov (1906-1991), Azərbaycan xalq rəssamı, naxışşünas və xalçaşünas
51. Şəmsi Bədəlbəyli (1911-1987), Azərbaycan teatr aktyoru və teatr rejisoru
52. Barat Şəkinskaya (1914-1999), Azərbaycan teatr və kino aktrisası
53. Cəlal Qaryağdı (1914-2001), Azərbaycan heykəltəraşı
54. Zakir Bağırov(1916-1996), Azərbaycan bəstəkarı
55. Toğrul Nərimanbəyov (1913-2013), Azərbaycan xalq rəssamı
56. Zakir Bağırov (1929-1989), Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971-1988)
57. Xəlil Məmmədov (1916-1989), Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan SSR daxili işlər naziri (1960-1965).
58. Rafiq Xələfov (1939-1998), dövlət xadimi, Azərbaycan SSR Avtomobil yollarının istismarı və tikintisi naziri (1979-1989)
59. Süleyman Vəzirov (1910-1973) – dövlət xadimi, Azərbaycan SSR-in ilk neft sənayesi naziri (1954-1958).
60. Soltan Hacıbəyov (1919-1974), Azərbaycan bəstəkarı
61. Lətif Səfərov (1920-1963), Azərbaycan kino aktyoru və rejissoru
62. Süleyman Ələsgərov (1924-2000), Azərbaycan bəstəkarı
63. Münəvvər Rzayeva (1929-2004), Azərbaycan heykəltəraşı
64. Əfrasiyab Bədəlbəyli (1907-1976), Azərbaycan klassik bəstəkarı,dirijor
65. Rəşid Behbudov (1915-1989), Azərbaycan mügənnisi
66. Fikrət Əmirov (1922-1984), Azərbaycan bəstəkarı
67. Niyazi (1912-1984), Azərbaycan bəstəkarı, drijor
68. Əşrəf Abbasov (1920-1992), Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq
69. Mehdi Məmmədov(1918-1985), Azərbaycan teatr xadimi və teatr rejisoru
70. Teymur Əliyev (Elçin) (1924-1992), Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, şair, publisist
71. Lətif İmanov (1922-1980), akademik, pedaqoq, Azərbaycan SSR əməkdar elm xadimi
72. Validə Tutayuq (1914-1980), akademik, İk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor
73. Vahid Hacıyev (1928-2008), akademik, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor.
74. Məhluqə Sadıqova (1917-2003), Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti
75. Rafiq Hüseynov (1938-2014), Azərbaycanın xalq artisti, diktor

Nərmin Cabbarova   

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər