Hulusi Akar Türkiyə silahlarının Azərbaycandakı rolundan danışıb

Türkiyənin müdafiə naziri Hulusi Akar milli texnologiyalar və yeni investisiyalar kollektiv açılış-təqdimat mərasimində çıxış edib.

Interval.az bildirir ki, o, çıxışında müxtəlif ölkələri, o cümlədən də Azərbaycana satılan silahlardan danışıb.

“Şükürlər olsun ki, indi milli piyada tüfənglər, ağıllı dəqiq döyüş sursatları, milli dəniz topu, “Fırtına” haubitsaları, PUA-lar ATAK helikopterləri, freqatlar və döyüş gəmilərimizi layihələndirmək, istehsal etmək və ixrac etmək səviyyəsinə gəlib çatmışıq. Bu silahların ölkə daxilində və sərhəddən kənarda uğurla həyata keçirilən əməliyyatlarda, xüsusən də Azərbaycanda və Liviyada Türkiyə Silahlı Qüvvələrinin üzərinə götürdüyü vəzifələrin uğurla yerinə yetirilməsinə töhfəsi açıq şəkildə görünür”, -deyə nazir bəyan edib.

O, qeyd edib ki, Türkiyənin NATO standartlarına uyğun istehsal edilən və əməliyyatlarda sınaqdan keçirilən silah sistemlərinin effektivliyi bütün dünyanın diqqətini çəkib.

Yıldray Arslan.

Interval.az


Bütün xəbərlər