“Azərbaycanın gələcəyi və gəncliyin sabahı naminə!” – Gənclər Günündə Sabunçu rayonunda möhtəşəm görüş – VİDEO – FOTO

Dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində deputatlığa namizəd Paşayev Ramin Musa oğluna dəstək məqsədiylə onsert proqramı keçirilib.

İnterval.Az-ın məlumatına görə, 2 Fevral Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə əvvəlcə 26 Saylı Sabunçu 1-ci seçki dairəsindən deputatlığa namizəd Paşayev Ramin Musa oğlunun Bakıxanov qəsəbəsi 271 saylı məktəbin stadionunda seçicilərlə möhtəşəm görüşü baş tutub.

Tədbirin rəsmi hissəsindən sonra məhşur müğənnilər Bakixanov sakinlərinə əsl konsert ab-havası yaşadıblar.

Tədbirin rəsmi hissəsində çıxış edənlər arasında ictimai xadimlərlə yanaşı, gənc tanınmış blogger, ictimai fəal Elçin Lənbəranski də olub. O, tribunadan sakinlərə səslənib:

“9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Ramin Paşayev kimi gənclərimizə dəstək olun ki, sabah onlar da sizi alnı açıq, üzüağ və bəzi deputatlardan fərqli olaraq əyilə-əyilə deyil, kişi kimi, qürurla Milli Məclisdə təmsil edə bilsin”.

Paşayev Ramin Musa oğlu “Azərbaycanın gələcəyi və gəncliyin sabahı naminə!” şüarı ilə seçki kampaniyasını davam etdirir.

Fuad MƏDƏTOV

 


Bütün xəbərlər