Hər kəs o çıxışımdan sonra heyranlıqla mənə baxırdı-Minayə Hüseynova

VİDEO – FOTO

İnterval.az-ın bu gün ki müsahibi və özəl qonağı Səs Azərbaycan 2021 iştirakçısı,Azərbaycan Tələbə gənclər təşkilatının fəal üzvü Minayə Hüseynovadıкю

Müsahibəni təqdim edirik:

1.İlk öncə özünüzü təqdim edin zəhmət olmasa Minayə Hüseynova kimdir ?(biografiya)

mən Minaya Hüseynova 23 yaşım var .Əslən Cənub zonasındanam.Orta ,ali təhsilimi(Unec Beynəlxalq Münasibətlər) Azərbaycanda almışam Orta təhsilimi əlaçı diplomu ilə ali təhsilimi isə Fəxri fərmanla təşəkkürnamə ilə fərqlənmə ilə bitirmişəm.Universitet illərimdə yaradıcı festivallarda  4 il ərzində 1 ciliklə unece kubok qazandırmışam.

2.Musiqi təhsili ,müəllimləri

musiqi təhsilim yoxdur təəssüflər  olsunki.Lakin bu səhnədə kobud səhflər etmək üçün bəhanə deyil bu səbəbdəndə inkişaf etdirirəm özümü.

  1. Maraqlıdır İlk dinləyiciniz kim olub ?

– İlk dinləyicim əgər uşaqlıqdan söz gedirsə Oyuncaqlarım Maraqlı bir şəkildə hər birini düzürdüm və onlar üçün çıxış edirdim.Real dinləyicilərim isə ailəm

  1. Ailənizin sizə dəstəyini bilmək istərdim

         – Ailəm ziyalı ailədir ali təhsilli və dövlət qullqçularıdır uşaqlığımdan hər zaman təhsilə yönləndiriblər. Lakin mamamın əvəzsiz dəstəyi danılmazdır.

  5 .Səs Azərbaycandan danışmağınızı istərdim. Bu yarışma həyatınızda nə kimi dəyişikliklərə yol açdı ?

– Səs Azərbaycan həyatıma çox yenilik qatdı)Lakin həyatımın ən verimli 1 ilini və ondan sonraki 1 ilimdə bilinməzliklər  çoxaldı

 6.Azərbaycan bəstəkarlarından kim ilə iş birliyiniz var ? Və ya  hansı bəstəkara müraciət etmək arzusundasınız ? 

Azərbaycan bəstəkarlarına heyranam desəm az qalar .Hər biri mənim üçün çox özəldir.Düşünürəmki kiminlə işləsəm qurur hissi ilə bəstələrini ifa edərəm

.7.Səs Azərbaycanda hansı çıxış sizin üçün unudulmaz oldu  ?

Ən unudulmaz (battle Sia )çünki hər kəs o çıxışımdan sonra heyranlıqla mənə baxırdı

Ama heç unutmayacağım son çıxışım idi həmin gün qızdırmam var idi səs batmışdı və Çətin ifa ilə qarşı qarşıya idim.Ki edə bilməsəm o mahnını mənə verməzdilər)

Hər şey bir anda bitməsinə səbəb oldu…Düşünürəmki xəstəlik yarışmadan kənarlaşdırılmaq üçün səbəb olmamalıdır.Çünki bir çoxları xəstə ikən bu vurğulanaraq normal bir şəkildə dəvam edilirdi. potensialı olan gənc bir insanın yarışamdakı yolu bu cür sonlananda böyük bilinməzlik qalır geriyə.Lakin mən yarışma ilə çərçivələnmirəm.

8.Ümumiyyətlə yarışmada keçirdiyiniz zamanları necə xatırlayırsız ?

-Çox gözəl.Yenilikləri sevirəm hər yerdən musiqi sədaları gəlirdi

  1. Hal hazırda işlədiyiniz proyektlər varmı ?

Bəli var hətta deyimki məqsədim yeniliklər etməkdir.

  1. Bildiyim qədəri ilə Türkiyədə tanınmış təşkilatçı Deniz Şamanla da bir neçə layihə üstündə yeni iş birliyiniz var . Əgər sirr deyilsə bizimlə paylaşa bilərsiz?

Bəli artıq yeni bir səhifə açıldı mənim üçün lakin demək istəyirəmki bir O səsdən sonra və yaxud o səs sayəsində ərsəyə gələn hadisə deyildir.Mən işimlə əlaqədar olaraq daima xarici ölkərədə oluram və səfərlərin birində Gözəl bir təsadüf kimi görünən ama təsadüf olmayan hadisə nəticəsində baş verdi.Təəsüflər olsunki proyektlərin məzmununu sizlərlə bölüşmək icazəm yoxdur))Lakin deyə bilərəmki çox fərqli işlər gəlir

11.Azərbaycan Tələbə Gənclər Təşkilatının fəal üzvüsünüz Bu barədə nə demək istərdiz ? Və bu gün ki Azərbaycan gənclərinə nə kimi məsləhətlər verə bilərsiz ?

-uzun illər bir çox layihələrində Staf olmuşam və düşünürəmki ən verimli illərim olub. Bu günki Azərbaycan gənci çox məqsədyönlüdür lakin bəzən məqsədlərindən yayınaraq ruhdan düşürlər ama etməsinlər belə

12.Bildiyim qədəri ilə İtaliyada təhsil alırsız bu haqda  fikirləriniz maraqlıdır. bir Azərbaycanlı olaraq əminəm ki ölkəmizi orda laiqincə təmsil edirsiz bu barədə nə demək istərdiniz ?

-Bəli İtaliyada Magistr təhsili alıram Hüquq üzrə.Və həmçinin beynəlxalq layihələrdə təşkilatçı olaraq fəaliyyət  göstərirəm bir çox ölkələrdə(ispaniya italiya polşa ruminiya mərakeş almaniya)Hal hazırda italiya deleqasiyasına rəhbərlik edirəm beynəlxalq layihərərdə.Azərbaycanı təmsil etmək qurur verici hissdir.

Son olaraq demək istəyirəmki Minaya mənsub olduğu ölkədən ibarətdir.Harda olsamda Azərbaycanlı olaraq mədəniyyətomizi təcəssüm etdirəcəm

Bu səmimi müsahibə üçün çox təşəkkür edirəm. Gələcək işlərinizdə Uğurlar arzu edirəm.

İnterval.az

Ayla Qafqazlı 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər