Çövkən üzrə “Prezident Kuboku -2023” yarışlarının qrup mərhələsi yekunlaşıb.

  İnterval.Az  bildirir ki,   15 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin qrup mərhələsi yekunlaşıb.
A və B qruplarında, hər birində 4 komanda çempionatda mübarizə aparıb. Qrup daxilində bütün komandalara qarşı ümumilikdə 3 oyun keçirən ən güclü 2 heyət yarımfinal mərhələsində vəsiqə əldə edib.
Turnirin yarımfinal oyunları 22 dekabr 2023-cü il tarixdə saat 10:00-dan etibarən keçiriləcək. Günün ilk oyunu A qrupunu birinciliklə bitirən “Polad” komandası ilə B qrupunun ikincisi olan “Omar” komandası arasında keçiriləcək. İkinci yarımfinal oyunu isə “Sərhədçi-Dilbaz” və “Sərhədçi-Qarabağ” komandaları arasında olacaq.
Turnirin Final oyunları 24 dekabr 2023-cü il saat 11:00-da keçiriləcək.

Zamiq Yunisov

İnterval.Az  

Məqaləyə dair foto   materiallar:


Bütün xəbərlər