Azərbaycandan qida məhsulları daha asan ixrac olunacaq

“Azərbaycandan bəzi ölkələrə qida məhsulları daha asan şəkildə ixrac olunacaq”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ərzində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib.

Q.Təhməzli hesab edir ki, bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq.


Bütün xəbərlər