Axtarışa verilən meyxanaçı: “Şairin qələmi də var, gücü də var” – FOTO

Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimdən xəbər var.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, 6 ildən çoxdur Rusiyada yaşayan Vahid Qədim qol əzələsinin fotosunu sosial şəbəkə hesabından paylaşıb. Meyxanaçı paylaşımına “Şairin qələmi də var, gücü də var” şərhini yazıb.

Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi:

“Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək”.


Bütün xəbərlər