Ayanla Xatun barışdı

Müğənnilər Ayan Babakişiyeva və Xatun Əliyeva barışıb.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər “ATV maqazin onlarla” proqramının Yeni il çəkilişində üz-üzə gəliblər.

Oturub söhbət edən sənətçilər, aralarındakı anlaşılmazlıq haqda danışıblar. Küsülü Ayan və Xatun barışaraq, səmimi pozlar veriblər.

“Biz mehriban idik, aramıza girilər, söz aparıb-gətirirlər”, – Xatun söyləyib.

Qeyd edək ki, verilişin çəkilişi zamanı bir çox küsülü müğənni üz-üzə gəlib. Onlar arasında Natavan Həbibi və Xatun, Nazpəri Dostəliyeva ilə Elza Seyidcahan və başqaları olublar.

Xatırladaq ki, Xatun “ATV maqazin onlarla” verilişində Ayanın ünvanına tənqidlər səsləndirmişdi. O, “Ayan böyük-kiçik bilmir. Ondan neçə bayram böyüyəəm. ELə söz var ki, onu mənə demək olmaz. O elə edir ki, elə bil o, anadır, mən onun balasıyam. Qışqırır üstümə. Mən də sözgötürməyən adam. Sözgötürən olsaydım, gedərdim ailə qurardım, ərimin sözünü götürərdim. “Ay qız, bu nə danışır” deyirdi. Dedim ki, qarşındakı “Çikantaro” deyil. Sözümü onun qulağına dedim” deyə, bildirib.

Ayan isə “Birincisi, efirdə o sözü deyibsə, onu mikrofonda deyərdi. Elə bir söhbət ola bilməz. Mənim qulağıma heç kim söz deyə bilməz. Bir neçə müddətdir dönmüşəm. Gücüm də, mədəniyyətimi də, tərbiyəmi də dəfələrlə sübut etmişəm. Qulağa dediyi söz açıq mikrofonda deyərdi. Bizim sadəcə telefon danışığımız olub. Mən heç kimə sərhəddi aşmağa icazə vermərəm, mən də o sərhədi aşmaram. Düz deyir, Xatun məndən böyükdür. Ona uğurlar arzulayıram” cavabını vermişdi.


Bütün xəbərlər