“Xəstəxanadayam, 3 sistem köçürülüb”

Teleaparıcı Günay Qələndərli xəstəxanaya yerləşdirilib.

İnterval.Az baku.ws-ə istinadən xəbər verir ki, o, xəstəxana görüntülərini sosial şəbəkədə paylaşıb.

Bir neçə gündür soyuqladığını bildirən Günay dünən halının daha da pisləşdiyini deyib:

“Dilavəri də anamgilə göndərdim ki, uşağa xəstəlik keçməsin. Üç saatdır xəstəxanadayam, 3 sistem köçürülüb. İnşallah, yaxşı olaram. Bu virus ağır keçdi. Adam xəstə olanda boğazından yemək də keçmir”.

Qeyd edək ki, Günay Zaur Baxşəliyevlə ailəlidir. Cütlüyün Dilavər adlı bir qız övladı var.


Bütün xəbərlər