AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) yeni tərkibi müəyyənləşib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik ümumi yığıncağında məlumat verib.

O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir.

RH-nın yeni tərkibində AMEA prezidenti akademik Ramiz Mehdiyev, birinci vitse-prezident akademik İsa Həbibbəyli, birinci vitse-prezident akademik İbrahim Quliyev, vitse-prezident akademik Tofiq Nağıyev, vitse-prezident akademik Dilqəm Tağıyev, vitse-prezident akademik Nərgiz Paşayeva, vitse-prezident akademik İradə Hüseynova, vitse-prezident akademik Rasim Əliquliyev, akademik katib, akademiyanın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev, a kademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev təmsil olunur.

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.


Bütün xəbərlər