Aqil Abbas: “Olimpiya kompleksləri varlıların məkanına çevrilib”

Millət vəkili Aqil Abbas bölgələrdəki çoxsaylı olimpiya idman komplekslərinin istifadəsi ilə bağlı narazılığını bildirib.

İnterval.Az virtualaz.org-a istinadən bildirir ki, millət vəkili bir gün əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən ilin ən yaxşı idmançıları və idman xadimlərini mükafatlandırma mərasimində çıxış edib.

“Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib. Qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, təklif edirəm ki, hər icra başçısı bölgənin ölkə üçün inkişafına dair idmançılara bir plan hazırlasın. Əvvəllər pambıq yığmaq üçün plan hazırlanırdısa, indi belə planlardan idmançılar üçün də hazırlanmalıdır”, – A.Abbas əlavə edib.


Bütün xəbərlər