Qaçqın statusu alan şəxslərə “Yol sənədi” verilir

Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə “Yol sənədi” təqdim edir.

İnterval.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, həmin yol vərəqi ilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər:

“Keçən illə müqayisədə 11,4 min artım olub. Ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Azərbaycanda qaçqın statusu alan vətəndaşlar bu vaxta qədər ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq bu sənədi alandan sonra həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər. “Yol sənədi”nin etibarlılıq müddəti 5 ildir. Əgər 5 il müddətində həmin qaçqınla bağlı nəsə problem olmazsa, o müraciət edib növbəti dəfə yol sənədi ala bilər. Bu gün 10 nəfərə “Yol sənədi” təqdim edəcəyik. Amma ardıcıl olaraq digər qaçqınlara da həmin sənədlər veriləcək”.


Bütün xəbərlər