Ərdoğanla Putin Rusiya-Ukrayna danışıqlarının yerini razılaşdırıblar

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bazar günü telefon danışığı zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun İstanbulda keçirilməsi barədə razılığa gəliblər.

“Danışıqlar zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə olunub. Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna danışıqlar nümayəndə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər”, – Türkiyə Prezidentinin Dəftərxanasından jurnalistlərə bildirilib.

Interval.Az bildirir ki, Ərdoğan Rusiya lideri ilə telefon danışığı zamanı həmçinin bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhün təşviqinə davam edəcək.

“Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, eləcə də regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, əlavə edib ki, Türkiyə bu prosesə öz töhfəsini verməyə davam edəcək”, – Türkiyə Prezidenti Dəftərxanasından əlavə olunub.

Interval.Az


Bütün xəbərlər