Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri sertifikatlarla təltif olunub

Bakı, 17 noyabr,IInterval.Az

Noyabrın 17-də “Azərxalça” ASC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Elm və Təhsil Nazirliyi SABAH qrupları akademiya daxilində birgə buraxılış işi təqdimatı keçiriblər.

“Azərxalça” ASC–dənInterval.Az a bildirilib ki, təqdimatda SABAH qruplarının xalçaçılıq ixtisasında təhsil alan Səbinə Xaliq, Zəhra Məmmədova və Sevinc Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının buraxılış yaradıcılıq işini ixtisası üzrə müvəffəqiyyətlə başa vurduqları üçün sertifikatlarla təltif olunublar.

Tədbirdə “Azərxalça”nın İdarə Heyəti sədri Emin Məmmədov və yaradıcı qrup, ADRA–nın müəllim və tələbə heyəti ilə yanaşı Elm və Təhsil Nazirliyi nümayəndələri də iştirak ediblər.

Hər üç tələbənin onlara uğur gətirən xalçaları tədbir iştirakçılarına təqdim olunub. Səbinə Xaliq “Şuşa”, Zəhra Məmmədova “Xəmsə”, Əliyeva Sevinc isə “Eşq” xovlu xalçalarını təqdim edib. Hər üç tələbənin elmi rəhbəri Azərbaycan Xalq rəssamı Eldar Mikayılovdur.

Tədbirdə ADRA–nın rektoru, akademik Ömər Eldarov, Emin Məmmədov və tələbələrin elmi rəhbəri Eldar Mikayılzadə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq xoş təəssüratlarını bölüşüblər.

Tələbələr bildiriblər ki, onların elmi işlərinin eskizləri “Azərxalça”nın emalatxanalarında xüsusi diqqət və qayğı ilə toxunub.

 
Zamiq Yunisov 
Interval.Az


Bütün xəbərlər