Afrikada koronavirusa yoluxanların sayı 30 mini ötüb

Afrika ölkələrində yeni növ koronavirusa yoluxanların sayı 30 125 nəfərə çatıb.

İnterval.Az xəbər verir ki, Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı ragional nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, Afrika ölkələrində koronavirusdan ümumilikdə 1 365 ölüm halı qeydə alınıb.

Ən çox yoluxma halları CAR-da – 4 361 (86 ölü), ən çox ölüm halı isə Əlcəzairdə – 419 (3 256 yoluxma) qeydə alınıb.


Bütün xəbərlər