Koronavirusa ən həssas insanlar açıqlandı

Tanınmış həkim və televiziya aparıcısı Yelena Malışeva koronavirusun ölümcül xəstəlik olduğunu söyləyib.

Həkimin sözlərinə görə, virus xüsusilə yaşlı insanlar üçün risklidir.

“Yaşı 80-dən yuxarı olan və koronavirusa yoluxan hər üçüncü şəxs ölür, 70 yaşda ölüm riskinə hər dörd nəfərdən birində rast gəlinir, 60-70 yaş arasında isə hər beş nəfərdən biri infeksiyanın qurbanı olur.

Yaşlı insanlar peyvəndə daha asan dözür, koronavirusa yoluxma isə ondan min və milyon dəfə daha təhlükəlidir və peyvəndin bütün mümkün mənfi təsirlərini aşır”, – həkim “Жить здорово!” (Sağlam yaşamaq) verilişində bildirib.

Malışeva əlavə edib ki, peyvənd barədə qərar verməzdən əvvəl bütün riskləri ölçmək lazımdır


Bütün xəbərlər