“Barselona”dan Messiyə yeni təklif

“Barselona” komandanın kapitanı Lionel Messiyə yeni müqavilə təklif etmək üzrədir.

İnterval.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, rəhbərlik illik 50 milyon avro alan argentinalıya 2023-cü ilə qədər sözləşmə təklif edəcək.

Messi Kataloniya klubunda 2004-cü ildən oynayır. İyunda 33 yaşı tamam olacaq futbolçu “Barselona”da keçirdiyi 718 matçda 627 qol vurub və 261 assit edib.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.


Bütün xəbərlər