Türkiyə Prezidenti: İşğaldan azad olunan ərazilərdə görülən işlər Azərbaycanın necə sürətlə inkişaf etdiyini göstərir

Azərbaycanın böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələlərdən biri də yolların çəkilməsidir.

İnterval.Az  bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Əvvəlki səfərində işğaldan azad olunan ərazilərdə tunellərin, körpülərin, viadukların inşasının sürətlə aparıldığını müşahidə etdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunlar Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə ortaya qoyur. Biz bunları gördükcə iftixar edirik.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər