Elman Rüstəmov: “Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək”

Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

Baş bankir qeyd edib ki, makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir:

“Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir”.


Bütün xəbərlər