“Azərişıq” ASC: Bu il yeni 5 yarımstansiya inşa edilib

“Respublika ərazisində istehlakçıların kefiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2019-cu il ərzində aşağıdakı işlər yerinə yetirilib.”

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün “Azərişıq”ASC-nin ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, Binəqədi rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/6 kV-luq “ETK-4” yarımstansiyası tam yenidən qurulub:

“Yarımstansiyada 110 kV-luq açıq, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular yeni inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub, 2×40 MVA gücündə transformator quraşdırılıb, qapalı paylayıcı qurğular 2 mərtəbəli binada yerləşdirilməklə növbətçi personal üçün bütün lazımi şərait yaradılıb.

Xəzər rayonu ərazisində 35/6 kV-luq 2×25 MVA gücündə “Binə Aqro” yarımstansiyası inşa edilərək istismara verilib”.

“Azərişıq” sözçüsü Xətai rayonunda görülən işlərdən də danışıb:

“Xətai rayonunda 10/0,4 kV-luq 2×1600 kVA gücündə 276 saylı, 2×1000 kVA gücündə 3440 saylı, Yasamal rayonunda 6/0,4 kV-luq 2×1000 kVA gücündə 394 saylı, 10/0,4 kV-luq 2×1600 kVA gücündə 3330 saylı, 2×2500 kVA gücündə 465 saylı, 2×1600 kVA gücündə 19 saylı, 2×1000 kVA gücündə 447 saylı, Nərimanov rayonunda 10/0,4 kV-luq 2×1000 kVA gücündə 456 saylı, Səbail rayonunda 10/0,4 kV-luq 2×1600 kVA gücündə 944 saylı, Binəqədi rayonunda 6/0,4 kV-luq 2×1000 kVA gücündə 591 və 499 saylı, Xəzər rayonunda 6/0,4 kV-luq 1000 kVA gücündə “Binə Aqro” və “Qrand Aqro”, Suraxanı rayonunda 6/0,4 kV-luq 630 kVA gücündə Hövsan zeytun zavodunun transformator məntəqələri inşa edilərək və yenidən qurularaq istismara verilib”.

“Ağstafa rayonunda 110/35/10 kV-luq 2×25 MVA gücündə “Ağstafa”, Biləsuvar rayonunda 110/35/10-6 kV-luq 2×25+10 MVA gücündə “Səmədabad”, Ağdam rayonunda 110/10 kV-luq 16 MVA gücündə “Ergi” yarımstansiyaları əsaslı surətdə yenidən qurulub, Sumqayıt şəhərində 35/6 kV-luq 4 MVA gücündə “Tuqzavod”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Yeni Yaşma” yarımstansiyaları yeni inşa edilib”.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 13 fevral və 28 oktyabr 2019-cu il tarixlərində açılışı həyata keçirilən Beyləqan rayonundakı 110/35/10 kV-luq 2×25 MVA gücündə “Beyləqan-1”, Qəbələ rayonundakı 110/35/10 kV-luq 2×40 MVA gücündə “Qəbələ” və Ağdaş rayonundakı 110/35/10 kV-luq 2×2,5 MVA gücündə “Ağdaş” yarımstansiyaları tam şəkildə yenidən qurulub.

Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan təlabatın ödənilməsi üçün Xəzər rayonunda 1 yeni inşa edilmiş 10/35/10 kV-luq 2×40 MVA gücündə “Buzovna-1”, Yasamal rayonunda 110/35/10 kV-luq 2×50 MVA gücündə “Bayramzadə” yarımstansiyalarında tamamlama, Pirallahı rayonunda 110/35/6 kV-luq 2×40 MVA gücündə “Pirallahı” yarımstansiyasının tikinti işləri aparılmaqdadır.

Hesabat dövründə istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda 161 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 27,9 km 110 kV-luq, 44,1 km 35 kV-luq, 409,5 km 10 və 6 kV-luq, 36,2 km 0,4 kV-luq, 3066,3 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilib və təmir olunub, 46,6 km 110 kV-luq, 122,4 km 35 kV-luq, 344,3 km 10 kV-luq, 757 km 0,4 kV-luq kabel xətləri çəkilib. 2019-cu ildə 101 ədəd 110 kV-luq, 347 ədəd 35 kV-luq, 2895 ədəd 10 və 6 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 80 km 110 kV-luq, 510,2 km 35 kV-luq, 1567,8 km 10 və 6 kV-luq, 1600,4 km-ə yaxın 0,4 kV-luq elektrik verliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb, 452 ədəd 10 və 6 kV-luq transformator əsaslı təmir olunub.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb, bu işlər 46 rayonu, 76 kənd və qəsəbəni əhatə etməklə hesabat dövründə 19 kənd üzrə işlər tam yekunlaşdırılıb.

Hesabat müddəti ərzində ümumilikdə 281 300 ədəd olmaqla əhali istehlakçılarına aid 264 200 ədəd, qeyri-əhali istehlakçılarına aid 17 100 ədəd uçot dəstləri bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 17 216,5 min kVt x saat olmuş ümumi yığım səviyyəsi 95,6 %-ə çatdırılıb.

Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında 84 mln. kVt x saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

“Azərişıq” ASC-də “Asan Kommunal” Mərkəzləri vasitəsi ilə abunəçilərə göstərilən xidmətlərin dairəsi daha da genişləndirilmiş və hazırda istehlakçılara 16 növ xidmət göstərilir.

Respublikanın bütün istehlakçılarının fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.


Bütün xəbərlər