Putin sülhməramlıları Qarabağdan çıxarmaq əmri verdi? – Ordumuz artıq özü …

“Son bir neçə gündür davam edən proseslər onu göstərirdi ki, sülhməramlılar onsuz da funksiyalarını doğru-dürüst yerinə yetirmirdilər. Odur ki, onların bir hissəsinin yox, tamamının Qarabağdan çıxarılması daha məqsədə uyğundur. Çünki Azərbaycan tərəfinin sülhməramlı funksiyanı yerinə yetirməkdə kifayət qədər böyük təcrübəsi var”.

Iervalnt.Az  Milli.Az-a  istinadən xəbər verir ki, açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Rusiyanın Ukraynadakı proseslərlə bağlı şəxsi heyyətə kifayət qədər ciddi ehtiyacı var:

“Öz ərazilərimizdə “Qarabağın dağlı hissəsində – red) təhlükəsizliyimizi özümüz təmin etsək daha doğru olardı. Onsuzda daha əvvəl imzalanan üçtərəfli bəyanatın hər üçü (10 noyabr, 11 yanvar, 26 noyabr 2021-ci il (Soçi)) Rusiya sülhməramlılarının 2025-ci ilin noyabrına qədər Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Ona görə də bu günb Rusiya sülhməramlı kontingentinin bir hissəsinin Qarabağı tərk etdiyi ilə bağlı məlumatlarda qeyri-adi bir şey yoxdur. Nə qədər tez getsələr onlar üçün də, bizim üçün də daha yaxşıdır.

Xüsusilə də belə bir zamanda Rusiyanın özünün Ukraynadakı proseslərlə bağlı şəxsi heyyətə kifayət qədər ciddi ehtiyacı var. Odur ki, gedənə yaxşı yol. Biz heç kimi tutub saxlamayacağıq. Onsuz da fəaliyyətlərinin yerinə yetirilməsindən biz o qədər də məmnun deyilik, bunu da vurğulamaqda fayda var.

Əlbəttə ki, biz öz ərazilərimizlə bağlı qərar verərkən bunu kiminləsə məsləhətləşməli deyilik. Sülhməramlıların Qarabağın dağlıq hissəsinə daxil edilməsi sırf 1994-cü ildə imzalanan atəşkəs razılaşmasının bir tərkib hissəsi idi. Onlara da olan etimadı Andrey Volkov kimi ermənipərəst generallar sui-istifadə etmək qərarına gəldilər. Bu isə təbii ki, Azərbaycanın tərəfindən qəbul ediləcək bir addım deyildi. Odur ki, Azərbaycan bu istiqamətdə atdığı addımları ölçüb, biçib, hesablayıb və kifayət qədər də məqsədə uyğun addımlar atılır. Bundan sonra da Azərbaycanın öz ərazilərində təhlükəsizliyi təmin etmək məqsədilə bənzər addımları atacağı şübhəsizdir”.

Qeyd edək ki, Sülhməramlılara məxsus hərbi kalonun Laçın dəhlizindən keçidini əks etdirən kadrlar yayılıb. Sülhməramlıların bir hissəsinin Qarabağdan çıxarıldığı iddiaları dolaşsa da məsələ ilə bağlı hər hansı bir rəsmi açıqlama yoxdur.

Təhməz Əsədov
Iervalnt.Az


Bütün xəbərlər