Azərbaycan üzərindən tranzin daşımalar arta bilər – VİDEO

Rusiya-Ukrayna müharibəsi dünyanın nəqliyyat-logistika marşrtunu da dəyişir.

Mövcud vəziyyətlə əlaqədar artıq bir neçə ölkə yükdaşımalarda alternativ yollar axtarır.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, böyük ticarət potensialı olan Azərbaycanın bu sahədə imkanlarını daha da genişlənə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi tranzit daşımalara ciddi təsir göstərəcək. Ekspert bildirir ki, əvvəllər nəqliyyat daşımaları daha çox Qazaxıstan və Rusiya üzərindən Avropa ölkələrinə çatdırılırdı. Onun fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalar və digər çatışmazlıqlar vəziyyəti dəyişəcək.  O qeyd edir ki, hadisələrin gedişatı alternativ yol kimi yüklərin digər ölkələrə çatdırılmasında  Azərbaycanın rolunu daha da artıracaq.

Ekspert bildirir ki, yaxın vaxtlarda Azərbaycanın istər dəniz, istərsə də quru yolu ilə beynəlxalq yükdaşımalarda yeni təkliflər alacağı gözlənilir.

Qeyd edək ki, ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”ında ümumi yükdaşırmanın həcmində 14,6%, quru yükün aşırılması 66%, konteyner daşınması isə 11,6% artıb. Bununla da proqnoz 104% həcmində icra edilib.

Interval.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir:

Interval.Az

 


Bütün xəbərlər