Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Rusiya Xarici İşlər NAzirliyinə istinadən məlumatına görə, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.


Bütün xəbərlər