Bu gün COVİD 19 virusa yoluxma sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 315 nəfər müalicə olunaraq sağalıb, 3 132 nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6 330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.


Bütün xəbərlər