Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev Elnarə Dadaşova ilə görüşüb

29 iyun tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar, professor Elnarə Dadaşova ilə görüşüb.
Elnarə Dadaşovanı 70 illik yubileyi münasibətilə təbrik edən Elnur Əliyev, bəstəkara möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulamışdır.
Bəstəkar da, öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə öz minnətdarlığını bildirmişdir.

Fuad BİLƏSUVARLI

Interval.Az


Bütün xəbərlər