Türkiyədə koronavirusa yoluxanların sayı artdı

“Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca elan edib.

O bildirib ki, Türkiyə hökuməti koronavirusun ölkə ərazisində yayılmaması üçün əlindən gələni edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.


Bütün xəbərlər