İdrak liseyinin 6-7-ci sinifləri arasında “Xəmsə” intellektual yarışı keçirildi.

Interval.Az  xəbər verir ki, Coğrafiya, tarix fənləri aylığı çərçivəsində İdrak liseyinin 6-7-ci sinifləri arasında “Xəmsə” intellektual yarışı keçirildi. İlk olaraq Azərbaycan bölməsində təşkil olunan yarışda “Babək”, “Cavanşir”, “Qarabağ” və “Zəfər” adlı 4 komanda iştirak etdi. Oyunçular öz komandalarını qalib etmək üçün yarışda çox aktiv iştirak etdilər. Daha çevik və ətraflı cavab verən “Babək” komandası isə günün qalibi oldu.
Qeyd edək ki, “Xəmsə” intellektual yarışı şagirdlərin təfəkkürünün inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər