Türkiyədə koronavirusdan daha 123 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 123 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2140 nəfərə çatıb.

Ölkədə 4 674 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 90 980 nəfərə çatıb.


Bütün xəbərlər