Yol polisi Badamdardakı sürüşməyə görə sürücülərə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

İnterval.Az idarədən Milli.Az-a verilən məlumata görə, müraciətdə bildirilir: “Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər”.


Bütün xəbərlər