Polisdən dağlarda narkotik əməliyyatı… – VİDEO

Avtomobildən külli miqarda narkotik aşkarlanıb.

İnterval.Az  Xəzər TV-yə istinadən bildirir ki, Masallı Polisinin həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanıb. Onun sərnişin kimi əyləşdiyi  avtomobildə narkotik vasitə daşıdığı aşkarlanıb.

Məhkəmənin qərarı ilə Elməddin Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Zaqatalada isə polis dağlarda əməliyyat keçirib. Rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib. kənd sakini Ceyhun Ramazanov  çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Əraziyə baxış keçirilərkən 70 ədəd çətənə bitkisi, Ceyhun Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı məlum olub. O, ifadəsində polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyini  bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Zamiq Yunisov

İnterval.Az

 


Bütün xəbərlər