Bakıda 2000 müəssisədə pandemiyaya nəzarət üzrə məsul şəxs müəyyənləşib

“Bütün ictimai iaşə müəssisələrində pandemiya qaydalarına nəzarət edən məsul şəxslər olmalıdır. İndiyə qədər Bakıda təxminən 2000 ictimai iaşə müəssisəsi məsul şəxslərini müəyyən edib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəis müavini Elxan Əhmədov bildirib.

Onun sözlərinə görə, bütün müəssisələrdə məsul şəxslərlə bağlı qərarlar əmrləşdirilməlidir: “Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, bu qaydaya riayət olunmadıqda vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək, hüquqi şəxslərə 5000 manatdan 11 min manatadək cərimə gözlənilir”.


Bütün xəbərlər